Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı

Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı
Bölmə adı Xəbərlər
Yayımlandı 1 Aprel 2026, 19:17

Təhsil İnstitutuna daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə son qeydiyyat tarixi dəyişdirilib.

ARTİ-dən Aztəhsil.az- a bildirilib ki, yeni qərara əsasən, müsabiqənin son qeydiyyat tarixi 6 aprel saat 15:00-dək müəyyənləşdirilib. 

Xatırladaq ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hazırda 100-dən çox ölkədə keçirilir. Hər il II-X siniflərdə oxuyan milyonlarla şagird məhz bu müsabiqədə öz riyazi biliyini və məntiqi düşünmə qabiliyyətini yoxlayır.

goc.edu.az