Azərbaycan şahmatçıları Gürcüstanın Batumi şəhərində 8, 10 və 12 yaşlılar arasında keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.
Bu barədə Şahmat Federasiyasından "Aztəhsil.az" - a məlumat verilib.
Bildirilib ki, yarışda ölkəmizi Ziya Qubatov, Nurlan Qənizadə, Səfa Hümmətov, Attila Orman, Aminə Amanzadə, Nurcan Tahirova, Mehriban Əhmədli və Sadəgül Əfəndi təmsil edəcəklər.
Turnir iyunun 15-dən 28-dək təşkil olunacaq.