“Rəqəmsal məktəb” platformasının müəllim və şagird kabinetlərində “Canva” aləti istifadəyə verilib.
"Aztəhsil.az" xəbər verir ki, artıq müəllimlər dərs materiallarını, təqdimatları, poster və digər vizual resursları daha rahat hazırlaya, şagirdlər isə layihə, təqdimat və yaradıcı tapşırıqlarını vahid platformada hazırlayaraq öz ideyalarını vizual şəkildə təqdim edə biləcəklər.
“Canva”nın “Rəqəmsal məktəb”ə inteqrasiyası:
tədris və öyrənmə prosesini daha interaktiv edir;
vizual öyrənməni dəstəkləyir;
hazır şablonlarla vaxta qənaət yaradır;
yaradıcılıq və rəqəmsal bacarıqların inkişafına töhfə verir.
Rəqəmsal transformasiya istiqamətində atılan bu addım müəllim və şagirdlər üçün daha müasir, yaradıcı və səmərəli tədris mühiti formalaşdırmağa xidmət edir.