Bağça müəllimlərinin imtahan sualları bu MÖVZULARDAN OLACAQ

Bağça müəllimlərinin imtahan sualları bu MÖVZULARDAN OLACAQ
Bölmə adı Xəbərlər
Yayımlandı 3 İyul 2026, 16:43

Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin qiymətləndirmə çərçivəsi təqdim edilib.

"Aztəhsil.az" xəbər verir ki, test imtahanı mərhələsinin sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına və
peşəsinə uyğun olmaqla tərtib edilir. 

Test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 (altmış) sual verilir.

Təhsilverənlərə aşağıdakı mövzular üzrə suallar təqdim ediləcək:

1.Məzmun və metodika

– Məktəbəqədər təhsilin inkişaf sahələri və standartları

– Psixo-pedaqoji nəzəri əsaslar (J.Piaje “Koqnitiv inkişaf” nəzəriyyəsi; L.Vıqotski “Sosial inkişaf nəzəriyyəsi”; H.Gardner “Çoxnövlü inkişaf nəzəriyyəsi” və s.)

– Uşaq şəxsiyyətinin formalaşması (ünsiyyət tələbatı, emosional-iradi inkişafı)

– M.Montessori, Valdorf, R.Emilianın pedaqoji yanaşmaları

– Uşaqlarda yaşına görə öyrənmə xüsusiyyətləri

Metodika:

 • Sensor bacarıqların inkişafı
• Fiziki tərbiyə (sensor, böyük və kiçik motor bacarıqları)
• Təsviri fəaliyyət
• Ətraf aləmlə tanışlıq
• Nitq inkişafı
• Bədii təfəkkürün inkişafı
• Məntiqi və riyazi təfəkkürün inkişafı
• Savad təliminin inkişafı
• Uşaqlarda özünəxidmət və əmək vərdişlərinin formalaşması
• Oyunlar və onların təlimdə tətbiqi xüsusiyyətləri
• Uşaqların məktəb təliminə hazırlığı

– Təlim və fəaliyyətlərin planlaşdırılması, təşkili, idarəedilməsi, dəyərləndirilməsi, proqnozlaşdırılması və s. 

– Fəaliyyət mərkəzləri və onların xüsusiyyətləri

2.Təhlükəsizlik

– Uşaq hüquqları
– Gigiyena qaydaları və ilkin yardım
– Xarici və daxili öyrədici mühitdə təhlükəsizliyin təmin edilməsi
– İnklüziv təhsil mühitinin təşkili:
• Bütün uşaqlarda yaradıcılığın dəstəklənməsi və həvəsləndirilməsi
• Müxtəlif mədəniyyətli uşaqlarla iş və gender bərabərliyi

3.Pedaqoji etika və əməkdaşlıq

– Təhsilverənlərin etik davranış qaydaları
– Tərbiyəçi-müəllimin hüquq və vəzifələri
– Müəllimin ünsiyyət, qarşılıqlı əlaqə, əməkdaşlıq bacarıqları və konfliktlərin idarə edilməsi:
• uşaq-uşaq;
• uşaq-böyük;
• böyük-böyük.
– Valideynlərlə iş formaları

4.Özünüinkişaf

– Metodik işin məzmunu, planlaşdırılması, təşkilinin forma və metodları
– Özünütəhlilin və stresə davamlılığın xüsusiyyətləri