Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Sosial Tərəfdaş" layihəsi çərçivəsində yay təcrübə proqramına qeydiyyat açıqdır.
Bu proqram sosial sahəyə maraq göstərən tələbə və yeni məzunlar üçün real layihələrdə iştirak etmək, praktiki bacarıqlar qazanmaq və peşəkar inkişaflarını sürətləndirmək imkanı yaradır.
Proqram çərçivəsində əldə edəcəksiniz:
- Sosial layihələrin təşkili və icrasında praktiki təcrübə
- Komanda işi və ünsiyyət bacarıqlarının inkişafı
- Rəsmi sertifikat əldə etmək imkanı
- CV üçün təcrübə və tövsiyə məktubu imkanı
Qeydiyyat linki: //lnkd.in/eF4_p9Jw