Bu gün Milli Mətbuat Günüdür

Bu gün Milli Mətbuat Günüdür
Bölmə adı Xəbərlər
Yayımlandı 22 İyul 2026, 09:17

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuş, ölkəmizdə maarifçilik, milli düşüncə və söz azadlığının inkişafında yeni mərhələ başlanmışdır.

Bu gün Azərbaycan mediası cəmiyyətin operativ, obyektiv və dolğun məlumatlandırılmasında, milli maraqların müdafiəsində və dövlətçilik dəyərlərinin təbliğində mühüm rol oynayır. İnformasiya məkanında baş verən sürətli dəyişikliklər fonunda peşəkar jurnalistikanın əhəmiyyəti daha da artır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə medianın inkişafı, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması və müasir informasiya mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Dövlət başçısının imzaladığı sərəncamlar nəticəsində media sahəsində islahatlar həyata keçirilmiş, qanunvericilik bazası təkmilləşdirilmiş, jurnalistlərin peşə fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, media institutlarının inkişafına xüsusi diqqət yetirilmişdir. Bütün bunlar ölkəmizdə azad, peşəkar və məsuliyyətli medianın inkişafına mühüm töhfə verməkdədir.

22 İyul – Milli Mətbuat Günü münasibətilə Aztəhsil.az olaraq bütün media nümayəndələrini, jurnalistləri və mətbuat sahəsində çalışan hər kəsi ürəkdən təbrik edir, onlara yaradıcılıq uğurları, obyektiv və məsuliyyətli fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq. Milli mətbuatımızın inkişafı naminə göstərdikləri əzm və fədakarlığa görə hər birinə təşəkkür edir, bayramlarını səmimi qəlbdən təbrik edirik!