Bu ali məktəblərdə magistraturaya qəbul dayandırılıb – SİYAHI

Bu ali məktəblərdə magistraturaya qəbul dayandırılıb – SİYAHI
Bölmə adı Xəbərlər
Yayımlandı 22 İyul 2026, 10:37

Bu il iki ali təhsil müəssisəsində magistraturaya qəbul dayandırılıb.

"Aztəhsil.az" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd olunub.

Qəbul dayandırılan ali təhsil müəssisələri Naxçıvan Müəllimlər İnstitutu və Bakı Qızlar Universitetidir.

Qeyd edək ki, ötən il Naxçıvan Müəllimlər İnstitutunda magistratura üzrə 30, Bakı Qızlar Universitetində isə 50 yer ayrılmışdı.