Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli açıqlanıb.
Aztehsil.az xəbər verir ki, modelə əsasən, ümumi 26 test tapşırığı (25 qapalı +1 yazılı) olacaq.
İmtahanda 1 dinləmə mətni və mətnə aid (3-ü çoxseçimli, 1-i isə doğru və yanlış cavabın seçilməsi tələb olunan) 4 qapalı tipli test tapşırığı, 2 oxu mətni və hər mətnə aid (3-ü çoxseçimli, 1-i isə doğru və yanlış cavabın seçilməsi tələb olunan) 4, ümumi 8 qapalı tipli test tapşırığı yer alacaq.
Həmçinin qrammatik-leksik bilikləri yoxlayan 13 qapalı tipli test tapşırığı, verilmiş sual və ya fikir əsasında faktlar və mülahizələr irəli sürərək öz fikirlərini ifadə etməyi tələb edən yazılı tapşırıq olacaq.
İmtahan modelinin nümunəsi ilə buradan tanış ola bilərsiniz.