“Bu il NDU-da 73 ixtisas üzrə 1600 tələbə məzun olacaq”.
“Aztəhsil.az" xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bu gün işə başlayan “Karyera sərgisi”nin açılışında deyib.
O bildirib ki, magistraturada isə 60 ixtisas üzrə 168 nəfər məzun olacaq.