Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərmərə Anadolu İmam Hatip Liseyində keçirilən məzuniyyət mərasimində iştirak edib.
Aztəhsil.az Türkiyə mediasına istinadən xəbər verir ki, mərasim zamanı Ərdoğan məzun olan şagirdlərin sevincinə şərik olub və nəvəsi Ömər Tayyib Ərdoğana diplomunu şəxsən təqdim edib.
Prezident daha sonra məzunlarla xatirə şəkli də çəkdirib.