İşğaldan azad olunan ərazilərdə – Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəblərində buraxılış imtahanları bu il ilk dəfə keçirilib.
Dövlət İmtahan Mərkəzindən Aztəhsil.az- a verilən məlumata görə, bu gün Xankəndi, Şuşa, Xocalı, Kəlbəcər şəhər və rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı təşkil olunub.
İmtahanlar Xankəndi şəhəri 4 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəblərində keçirilib.
İşğaldan azad olunan ərazilərdə 5 imtahan binasında təşkil edilən imtahanlarda ümumilikdə 202 şagirdin iştirak edib. İmtahanların idarə olunmasına 5 bina nümayəndəsi, 5 imtahan rəhbəri və 18 zal nəzarətçisi cəlb edilib.
İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edib. Bütün məntəqələrdə proses təlimata uyğun şəkildə aparılıb, şagirdlərin biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.