Aztəhsil.az xəbər verir:
Martın 15-də keçirilən buraxılış imtahanında ən yüksək nəticə göstərərək 300 bal toplayan 9 abituriyentdən biri də Nəslihan Məmmədovadır. O, Bakı şəhərində yerləşən Humanitar fənlər təmayüllü liseyin şagirdidir.
Nəslihan bildirib ki, imtahandan maksimum nəticə gözləyirmiş və bu hədəfinə nail olub. O, 9-cu sinif buraxılış imtahanında 286 toplayıb.
Gələcək planlarından danışan Nəslihan qeyd edib ki, I ixtisas qrupu sənəd verib. Əsas arzusu mühəndis olmaqdır.
Sonda o, digər şagirdlərə də tövsiyələrini bölüşüb: “Nə olursa-olsun, ruhdan düşməsinlər. Çox test işləsinlər və etdikləri səhvlər üzərində mütləq çalışsınlar. Mənim uğur devizim budur: ‘Səhvlər hələ də çox çalışdığınızın sübutudur”.
mənbə - Qafqazinfo