Bu şəxslər kolleclərə ixtisas seçimində iştirak edə bilməyəcək - AÇIQLAMA

Bu şəxslər kolleclərə ixtisas seçimində iştirak edə bilməyəcək - AÇIQLAMA
Bölmə adı Xəbərlər
Yayımlandı 29 Aprel 2026, 11:20

11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb. Şagirdlərin bir qismi orta ixtisas təhsil müəssisələrinə (kolleclərə) qəbul olunmağı planlaşdırır.

Onlar arasında ən çox müzakirə olunan suallardan biri kolleclərə qəbul prosesində fənlər üzrə bal məhdudiyyəti tətbiqi ilə bağlıdır.

Aztəhsil.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış)  imtahanında ümumi balı 50-dən, Azərbaycan (və ya rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xarici dil fənni üzrə isə bal məhdudiyyəti tətbiq edilmir.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan (“Fiziki tərbiyə müəllimliyi” ixtisasının müsabiqəsində isə ümumi balı 50-dən) az olmayan və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. Müsabiqə zamanı fənlər üzrə bal məydudiyyəti tətbiq olunmur.

Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin
qeydiyyatı 18 fevral - 5 mart tarixlərində aparılıb. 

Lakin ixtisas seçimi mərhələsi zamanı sistem yenidən aktiv ediləcək. Qeydiyyatdan keçə bilməyən namizədlər bu mərhələdə yenidən müraciət edə biləcəklər.