Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var

Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
Bölmə adı Xəbərlər
Yayımlandı 7 May 2026, 08:59

Abşeron rayonunda qətl hadisəsi baş verib.

Aztəhsil.az xəbər  verir ki, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. 2007-ci il təvəllüdlü İsrail Moxramovun bıçaqlanaraq öldürüldüyü bildirilir.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Mirəhəd Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.