I və IV qrupların nəticələri bu tarixdə AÇIQLANACAQ

I və IV qrupların nəticələri bu tarixdə AÇIQLANACAQ
Bölmə adı Xəbərlər
Yayımlandı 8 İyun 2026, 09:34

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) Aztəhsil.az-a məlumat verilib.

Bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər suallarını “Youtube”da yerləşdirilən müvafiq linkin altına yaza bilərlər.