Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
Bölmə adı Xəbərlər
Yayımlandı 8 İyun 2026, 09:45

Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə Avropa Açıq Turniri başa çatıb.

Aztehsil.az xəbər verir ki, Azərbaycan millisi yarışın son günündə daha bir medal qazanıb. Gültac Məmmədəliyeva (52 kiloqram) bürünc medala sahib çıxıb. Cüdoçu üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Keytlin Barberi məğlub edib.

Xatırladaq ki, turnirin ilk günündə Fidan Əlizadə (63 kiloqram) gümüş, Madina Kaisinova (+78 kiloqram) isə bürünc medal əldə etmişdi.