"25 gənc “İnnovasiya və süni intellekt” üzrə təqaüd proqramından yararlanır".
Aztəhsil.az xəbər verir ki, bunu Azərbaycan Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, gənclərin bu istiqamətdə bilik və bacarıqlarının artırılması, təşəbbüslərinin dəstəklənməsi Gənclər Fondunun prioritet istiqamətlərindən biridir:
"2026-cı ildə elan edilən "İnnovasiya və süni intellekt" üzrə təqaüd proqramına 2 minə yaxın müraciət olub. Seçilmiş 25 nəfər gənc bu təqaüd imkanından istifadə edir".
N. Şükürov qeyd edib ki, gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edilib: "Müsabiqənin 7 mövzusundan biri də məhz rəqəmsal gələcək, innovasiya və süni intellektlə bağlıdır. Gənclər bu mövzuda layihə təkliflərini Gənclər Fonduna təqdim edərək qrant əldə edə, öz təşəbbüslərini həyata keçirə bilərlər".