Bir olimpiadada 2 QIZIL medal qazandı

Bir olimpiadada 2 QIZIL medal qazandı
Bölmə adı Xəbərlər
Yayımlandı 25 İyun 2026, 10:35

“Gələcəkdə ən böyük arzum Azərbaycan yığma komandasının üzvü olmaq və ölkəmizi Avropada təmsil etməkdir. Eyni zamanda, təhsilimi də davam etdirərək “Kompüter mühəndisliyi” ixtisasına yiyələnmək istəyirəm". 

Bu fikirləri ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında 2 qızıl medal qazanan 7-ci sinif şagirdi Nahid Qədimov deyib. 

Nahid Qubadlı rayon Şükür Həmidov adına 3 nömrəli Xanlıq kənd məktəbinin şagirdidir. 

O, olimpiadada 600 metr məsafəyə qaçışda birincilik qazanıb. Daha sonra isə 4 nəfərdən ibarət komandanın tərkibində 4x50 metr estafet qaçışında iştirak edərək komandası ilə birlikdə növbəti qələbəyə və qızıl medala sahib olub.

"Açılış mərasimi bizə böyük motivasiya verdi. Yarışda çox həyəcanlı idim, lakin qalib olmaq mənə çox gözəl və yaddaqalan hisslər yaşatdı. Bu yarışda iştirak edib qalib olmağımla qürur hissi duyuram".

ƏN ÇOX OXUNANLAR
Gün
Həftə
Ay