Bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib. Nəşrdə bildirilib ki, ötən il təhsil haqqının ödənilməməsi, dərs buraxılması və ya tələbənin öz istəyi ilə ali təhsil müəssisəsindən xaric edilməsi səbəbindən ümumilikdə 12 969 tələbə təhsil müəssisəsindən xaric olunub.
Onlardan 6 122-si bakalavriat, 1 897-si magistratura, 2 624-ü tam orta ixtisas bazası, 2 326-sı isə ümumi orta ixtisas bazası üzrə olub. Bundan başqa, 2025-ci ildə tələbələrin vəfatı ilə əlaqədar 200 qeydiyyat aparılıb.
Bunlardan 33-ü bakalavriat, 5-i magistratura, 67-si tam orta ixtisas bazası, 95-i isə ümumi orta ixtisas bazası üzrə olub. Hesabata əsasən, akademik borca görə 938 tələbə təhsil müəssisəsindən xaric edilib. Onlardan 684-ü bakalavriat, 36-sı magistratura, 73-ü tam orta ixtisas bazası, 145-i isə ümumi orta ixtisas bazası üzrə qeydə alınıb.