Rusiya Elmlər Akademiyası (REA) özünün Əsasnaməsinə uyğun olaraq akademik Akif Ağamehdi oğlu Əlizadəni REA-ya xarici üzv seçib.
"Aztəhsil.az" xəbər verir ki, iyunun 25-də Rusiya Elmlər Akademiyasının Xarici üzvü diplomu və xatirə döş nişanı A.Əlizadəyə təqdim edilib.
Qeyd edək ki, iki il əvvəl isə akademik A.Əlizadə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib.