Aztəhsil.az Azərtac- a istinad edərək xəbər verir:
Avstriyanın Linz şəhərində Ticarətçilər Palatasının Mədəniyyət Sarayında solo konsertim baş tutdu. Konsert proqramı klassik Avropa bəstəkarlarının əsərlərindən ibarət idi. Proqramda Bax, Bartok, List, Mendelson, Albeniz və Skryabinin əsərlərini ifa etdim. Avstriyalı tamaşaçıların konsertə göstərdiyi maraq və isti münasibət məni çox sevindirdi. Böyük rəğbətlə qarşılanan ifalarım və zalı titrədən sürəkli alqışlar mənim üçün ən dəyərli mükafat oldu.
Pianoçu qeyd edib ki, mötəbər səhnələrdə Azərbaycanı təmsil etmək və klassik musiqimizi, musiqi təhsilimizin səviyyəsini beynəlxalq auditoriyaya təqdim etmək böyük qürur və məsuliyyətdir.
Konsertin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Ayan Məmmədli deyib: “Bu, Avropada təhsil aldığım müddətdə müxtəlif ölkələrin böyük və kiçik səhnələrində təqdim etdiyim sayca 40-cı konsert idi. Qazandığım təcrübə həm peşəkar, həm də yaradıcılıq baxımından inkişafımda mühüm rol oynayıb. Çalışacağam ki, bundan sonra da Azərbaycanı beynəlxalq səhnələrdə layiqincə təmsil edim”.