Sertifikatlaşdırmanın hər iki cəhdində uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib.
" Aztəhsil.az " xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Qeyd edək ki, bu, sertifikatlaşdırmada iştirak edənlərin 9 faizini təşkil edir.