33 il tullantı toplayaraq övladlarını oxutdu - Qızı universiteti birinciliklə bitirdi

33 il tullantı toplayaraq övladlarını oxutdu - Qızı universiteti birinciliklə bitirdi
Bölmə adı Xəbərlər
Yayımlandı 1 İyul 2026, 22:36

Türkiyənin Adana şəhərində 33 il tullantı kağız toplayaraq övladlarının təhsil alması üçün çalışan fədakar ata Adnan Aslanın əməyi hədər getməyib. İsti havalarda atasına kömək edən qızı Latifə Aslan universitet təhsilini fakültə birincisi kimi başa vuraraq ailəsinin qürur mənbəyinə çevrilib. 

Aztehsil.az xəbər verir ki, 8 yaşında atasını itirən Adnan Aslan uşaqlığını küçələrdə və rütubətli evlərdə keçirib. Oxuyub-yaza bilməyən anasının ona aşıladığı intizam, əzm və qətiyyət prinsiplərini həyatının əsasına çevirən Aslan övladlarının da eyni çətinlikləri yaşamaması üçün illərlə tullantı toplayaraq onların təhsil xərclərini qarşılayıb. Adnan Aslan bildirib ki, övladlarının gələcəkdə çətinlik çəkməməsi üçün onların təhsili uğrunda mübarizə aparıb və buna görə heç vaxt peşman olmayıb. 

O, gənclərə valideynlərinin zəhmətini qiymətləndirməyə çağıraraq deyib: "Atalıq təkcə evə pul gətirmək deyil. Gənclər atalarının onlar üçün çəkdiyi zəhməti görməli və bu əməyi öz uğurları ilə taclandırmalıdırlar."