Masallı rayonunun Qəriblər kənd tam orta məktəbinin fizika müəllimi Emil Bayramov beynəlxalq uğura imza atıb.
Aztehsil.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq Jautikov Olimpiadası çərçivəsində təşkil olunan müəllimlər arasında VIII Fizika Olimpiadasında iştirak edən Emil Bayramov gümüş medal qazanıb.
Beynəlxalq səviyyəli yarışda müxtəlif ölkələrdən olan müəllimlər fizika fənni üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Azərbaycanı təmsil edən Emil Bayramovun gümüş medal əldə etməsi ölkəmizin təhsil sahəsində qazandığı növbəti uğurlardan biri hesab olunur.
Qeyd edək ki, Beynəlxalq Jautikov Olimpiadası dünyanın müxtəlif ölkələrindən istedadlı şagird və müəllimlərin iştirak etdiyi nüfuzlu elm yarışlarından biridir.