ATU 59 min manata nələr almağı planlaşdırır?

ATU 59 min manata nələr almağı planlaşdırır?
Bölmə adı Xəbərlər
Yayımlandı 8 İyul 2026, 18:01

Azərbaycan Texnologiya Universiteti (ATU) ofis və tədris prosesi üçün zəruri olan təchizat mallarını almaq üçün tender elan edib.

Aztəhsil.az Tribuna.az -a istinadən xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Qeyd edilir ki, ATU rəhbərliyi həmin vasitələri almaq üçün 59 min 655 manatlıq büdcə müəyyən ediblər. Tenderin nəticəsi isə 29.07.2026-cı il tarixində açıqlanacaq.

Bildirək ki, ATU rəhbərliyi həmin vəsaitlə 40 ədəd kompyüter dəsti, 1 ədəd rəngli printer, 2 ədəd ağıllı lövhə, 1 ədəd kinetik çarx modeli, 2 ədəd “3in1 printer” və 1 ədəd açıq havada döşəmə üzərində dayanan rəqəmsal lövhələr alacaq.