Peşə mərkəzi ödənişsiz təlim elan edib

Peşə mərkəzi ödənişsiz təlim elan edib
Bölmə adı Xəbərlər
Yayımlandı 8 İyul 2026, 09:05

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq həyata keçirilən layihə çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi veb-dizayner ixtisası üzrə ödənişsiz qısamüddətli təlim proqramına start verib.

"Aztəhsil.az" xəbər verir ki, təlimin başlanğıc tarixi 20 iyul 2026-cı ildir. Təlim həftədə 3 gün olmaqla 1 ay müddətinə davam edərək. 

Təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində saat 18:00-da təşkil ediləcək.

Təlimi uğurla başa vuran iştirakçılar dövlət nümunəli sertifikatla təltif olunacaqlar.
Qeydiyyatdan keçmək üçün:
– portal.edu.az saytına daxil olun.
– "Qısamüddətli təlim" bölməsini seçin.
– "Veb-dizayner" ixtisası üzrə qeydiyyatdan keçin.