Ötən il tələbələrin təhsil almaq üçün ən çox müraciət etdikləri peşə təhsili ixtisaslarının adları açıqlanıb.
“Aztəhsil.az” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə məlumat verib.
İ.Bayramlı bildirib ki, “Aşpaz” ixtisasına 7 079 nəfər, “Mühasibat uçotu” ixtisasına 6 097 nəfər, “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” ixtisası üzrə isə 5932 nəfər müraciət edib.
“Ötən il peşə təhsili müəssisələrinə 33 min plan yeri ayrılmışdır. 83 faiz qəbul planı tamamlanıb, yəni faktiki olaraq 27 min qəbul olub”.
1 plan yeri üzrə ən yüksək müraciət göstəricisi isə “Kibertəhlükəsizlik” ixtisasında qeydə alınıb. Bu ixtisas üzrə 1 plan yerinə təxminə 45 müraciət olub.