Peşə təhsili müəssisələrində 5 yeni ixtisas açılıb - SİYAHI

Peşə təhsili müəssisələrində 5 yeni ixtisas açılıb - SİYAHI
Bölmə adı Xəbərlər
Yayımlandı 23 İyul 2026, 13:40

Bu ildən əmək bazarının ehtiyaclarına uyğun olaraq peşə təhsili müəssisələrində 5 yeni ixtisas tədris olunacaq.

“Aztəhsil.az” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə məlumat verib.

Bunlar “Geodeziya və kartoqrafiya”, (1 müəssisə üzrə plan yeri 20) “Satınalmaların təşkili”, (3 müəssisə üzrə 80 plan yeri) ”Qida emalı texnologiyaları”, (3 müəssisə üzrə 100 plan yeri),  ”İstixana operatoru”, (2 müəssisə üzrə 40 plan yeri) ”Çörək ustası” (1 müəssisə üzrə 20 plan yeri) ixtisaslarıdır.