Böyük Britaniyadan Zaqatalaya qayıdan Dürra Hacıyeva

Böyük Britaniyadan Zaqatalaya qayıdan Dürra Hacıyeva
Bölmə adı Uğur hekayələri
Yayımlandı 10 Mart 2026, 11:44

Dürrə Hacıyeva Zaqatala rayonunun ucqar Kəpənəkçi kəndində doğulub.

2014-cü ildə şəhid Sərdar Kərimov adına Kəpənəkçi kənd tam orta məktəbini bitirib, elə həmin ildə yüksək balla Azərbaycan Dillər Universitetinin “İngilis dili müəllimliyi” ixtisasına qəbul olub. 

Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın nüfuzlu Stratklayd Universitetinin “Təhsil tədqiqatları” ixtisası üzrə magistr dərəcəsi alıb. 

Sonra doğulduğu Zaqatalaya qayıdıb. 2025-ci ilin aprelindən Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsində çalışır.

Mənbə : Azərbaycan Universitetləri