Şagird valideynlərini sevindirəcək TƏKLİF

Şagird valideynlərini sevindirəcək TƏKLİF
Bölmə adı Xəbərlər
Yayımlandı 2 Mart 2026, 12:00

Köməkçi dərs vəsaitlərinin şagirdlərə dövlət hesabına verilməsi təklif olunub.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, ölkəmizdə orta təhsilin icbari olduğunu və tədris proqramlarında dərsliklərlə yanaşı, digər çalışma və köməkçi vəsaitlərdən komplekt şəkildə istifadə edilməsinin nəzərdə tutulduğunu diqqətə alaraq, şagirdlərə həmin vəsaitlər dövlət hesabına verilsin.