NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb

NDU-nun tələbəsi beynəlxalq müsabiqədə qızıl medal qazanıb
Bölmə adı Uğur hekayələri
Yayımlandı 24 Aprel 2026, 10:46

 

Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Kimya” ixtisası üzrə I kurs tələbəsi Sənan Zeyniyev Rusiyanın Moskva şəhərində təşkil olunan “Erudit" Beynəlxalq Onlayn Kimya Müsabiqəsində I yerə layiq görülüb. 

Universitetdən Aztəhsil.az- a verilən məlumata görə, qeyd edilən fakültənin Kimya kafedrasının müəllimi Fizzə Məmmədovanın  elmi rəhbərliyi altında sistemli hazırlıq keçən tələbə beynəlxalq müstəvidə bilik və bacarığı ilə seçilərək I dərəcəli diplom və qızıl medalla təltif olunub.

Sənan Zeyniyev müsabiqədə “Kimyəvi elementlərin yaranma tarixi” nominasiyası ilə iştirak edərək həftənin qalibi seçilib və bu nəticə ilə Naxçıvan Dövlət Universitetinin beynəlxalq elmi uğurlarına növbəti birini əlavə edib.