Azərbaycanlı şagird dünya birincisi oldu

Azərbaycanlı şagird dünya birincisi oldu
Bölmə adı Xəbərlər
Yayımlandı 28 Aprel 2026, 12:48

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Nəsib Yusifov böyük uğura imza atıb.

Aztəhsil.az xəbər verir ki, 2026 TR-YÖS/1 imtahanının nəticələrinə əsasən, dünya üzrə 7 765 nəfərin iştirak etdiyi imtahanda Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Nəsib Yusifov 500 tam bal toplayaraq dünya birincisi olub.

Nəsib Yusifovun adı rəqabətli beynəlxalq imtahanda maksimum nəticə göstərən şagird kimi Bakı Türk Liseyinin tarixinə yazılıb.

Bakı Türk Liseyinin bu günə qədər 12 şagirdi 2023-cü ildən etibarən keçirilən TR-YÖS imtahanlarında 500 tam bal toplayaraq dünya birincisi olub.