Şagirdlər "Oqtay Eloğlu" tamaşasına yeni nəfəs verdilər

Şagirdlər "Oqtay Eloğlu" tamaşasına yeni nəfəs verdilər
Bölmə adı Xəbərlər
Yayımlandı 17 May 2026, 17:03

Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın “Teatr dərnəyi”nin hazırladığı, görkəmli dramaturq Cəfər Cabbarlının “Oqtay Eloğlu” pyesi əsasında səhnələşdirilən tamaşanın təqdimatı keçirilib.

Aztəhsil.az xəbər verir ki, gimnaziyanın şagirdləri tərəfindən hazırlanan tamaşa məktəbin şagird, müəllim və valideyn kollektivinə təqdim olunub. Tədbirdə Elm və Təhsil Nazirliyinin və tabe qurumlarının, eləcə də digər ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər. 

Tamaşadan sonra çıxış edən qonaqlar və gimnaziyanın direktoru Tural Mirzəliyev şagirdlərin səhnə performansını yüksək qiymətləndirərək bu kimi tədbirlərin məktəblilərin emosional zəka, yaradıcı düşüncə, ünsiyyət və kollektiv fəaliyyət bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Çıxışlarda məktəblərdə teatr və incəsənət fəaliyyətlərinin şagirdlərin mədəni dünyagörüşünün formalaşmasına, özünüifadə bacarıqlarının inkişafına və milli ədəbi irsin daha yaxından mənimsənilməsinə mühüm töhfə verdiyi qeyd olunub.