Elm və təhsil naziri Londonda "Microsoft" nümayəndəsi ilə görüşüb

Elm və təhsil naziri Londonda "Microsoft" nümayəndəsi ilə görüşüb
Bölmə adı Xəbərlər
Yayımlandı 19 May 2026, 10:13

Mayın 18-də Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Microsoft" şirkətinin Qlobal Təhsil üzrə direktoru Dina Qobaşi arasında ikitərəfli görüş keçirilib.

Aztəhsil.az xəbər verir ki, görüş zamanı təhsil sahəsində rəqəmsal transformasiya, süni intellekt həllərinin tədris prosesinə inteqrasiyası, müəllimlərin rəqəmsal bacarıqlarının inkişafı və innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. 

Tərəflər həmçinin "Microsoft" şirkətinin Azərbaycanda həyata keçirdiyi təşəbbüslərə də toxunublar. Şirkət tərəfindən "Rəqəmsal məktəb"də tətbiq edilən imkanların genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.