Nazir müavini Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti ilə görüşüb

Nazir müavini Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti ilə görüşüb
Bölmə adı Xəbərlər
Yayımlandı 10 İyun 2026, 11:43

Elm və təhsil nazirinin müavini Həsən Həsənli Çin Xalq Respublikasının Sian Şiyou Universitetinin nümayəndə heyəti ilə görüşüb.

Aztəhsil.az xəbər verir ki, görüş zamanı tərəflər arasında cari əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub. Xüsusilə Sian Şiyou Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, tələbə və elmi-akademik heyətin qarşılıqlı mübadiləsi, eləcə də birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.