Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib

Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Bölmə adı Xəbərlər
Yayımlandı 13 İyun 2026, 09:12

İyunun 12-də elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhərində vətəndaş qəbulu keçirib.
 
"Aztəhsil.az" xəbər verir ki, qəbulda  Gəncə, Samux və Kəlbəcər sakinləri iştirak ediblər.
 
Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.  
 
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.