Bakıda qayınata gəlininə xəsarət yetirib.
Aztəhsil.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib.
1961-ci il təvəllüdlü Həsənağa Quliyevin (adı və soyadı şərtidir) nəvəsi buraxılış imtahanı verib. Bir neçə gündən sonra onun buraxılış imtahanının cavabları açıqlanıb və məlum olub ki, yeniyetmə imtahandan cəmi 130 bal toplayıb. Ailə üzvləri bu barədə H.Quliyevə məlumat veriblər. Hadisədən əsəbiləşən H.Quliyev evə gələrək uşağın anası ilə mübahisə edib və uşağın az bal toplamasında gəlinini günahlandırıb. Nəticədə qayınata ilə gəlin arasında mübahisə olub. Mübahisə nəticəsində kişi gəlinini döyüb, stolun üstündəki stəkanı ona atıb. Stəkan gəlinin sifət nahiyəsinə dəyərək qırılıb və o, üzündən xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər və H.Quliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılaraq Xəzər Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq elan olunub və cinayət işinə xitam verilib.
mənbə: Azedu.az