Əziz müəllimlər, ABŞ-da ödənişsiz və təqaüdlü təcrübə qazana bilərsiniz

Əziz müəllimlər, ABŞ-da ödənişsiz və təqaüdlü təcrübə qazana bilərsiniz
Bölmə adı Xəbərlər
Yayımlandı 9 İyul 2026, 11:11

2027–2028-ci tədris ili üzrə Fulbright Müəllimlərin Peşəkar İnkişaf Proqramına müraciətlərin qəbuluna başlanılıb.

"Aztəhsil.az" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, namizədlər ABŞ universitetində 5 ay ərzində yeni bilik və təcrübə qazanmaq imkanı əldə edəcəklər.

Müraciət üçün son tarix: 26 avqust 2026-cı il.

Ətraflı məlumat: //az.usembassy.gov/fulbright-faculty-development.../