Aztəhsil.az xəbər verir ki, fevralın 26-da Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev, universitetin professor-müəllim heyəti və tələbələri Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
Ziyarət zamanı abidə önünə qərənfillər qoyulub, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.