Tələbə: Xocalı hadisələrini xatırlamaq və gələcək nəsillərə ötürmək olduqca önəmlidir

Tələbə: Xocalı hadisələrini xatırlamaq və gələcək nəsillərə ötürmək olduqca önəmlidir
Bölmə adı Xəbərlər
Yayımlandı 26 Fevral 2026, 17:22

Xocalı faciəsi haqqında məktəb illərindən öyrənirik, müəllimlərimiz bu barədə bizi məlumatlandırırlar. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının qisası alınıb.

Bu sözləri Aztəhsil.az -a müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tələbəsi Kənan Şahverənov deyib.

O qürurla qeyd edib ki, bu gün Xocalı sakinləri öz torpaqlarına geri dönürlər. “Şükürlər olsun ki, Xocalının qisası alınıb. Həm bu Qələbə ilə qürur duymaq, həm də hadisələri xatırlamaq və onları gələcək nəsillərə - uşaqlara və tələbələrə ötürmək olduqca önəmlidir”, - deyə tələbə bildirib.