“2022-2028-ci illər üçün Dövlət Proqramı”na müraciətlə bağlı bizə ən çox ünvanladığınız sualları cavablandırırıq.
Namizədlər əvvəlcə prioritet ixtisas sahələri üzrə 2026-2027-ci tədris ili üçün müəyyən edilmiş proqramların birindən qəbul məktubu almalıdırlar.
Bundan sonra isə Dövlət Proqramının sənəd qəbulu mərhələsində elektron müraciətlər digər təsdiqedici sənədlərlə birlikdə portal.edu.az saytı üzərindən təqdim edilməlidir.
www.dp.edu.az saytında yerləşən “Mütəmadi verilən suallar” bölməsinə keçid edərək sizi maraqlandıran digər suallarınıza da cavab tapa bilərsiniz.