9-cu sinifdə 291, bu il isə 300 topladı

9-cu sinifdə 291, bu il isə 300 topladı
Bölmə adı Uğur hekayələri
Yayımlandı 24 Aprel 2026, 10:20

Martın 15-də keçirilən buraxılış imtahanında 300 bal toplayan şagirdlərdən biri də *Zəhra Xammədovadır*. O, Bakı şəhərindəki Humanitar fənlər təmayüllü liseyin şagirdidir.

Aztəhsil.az xəbər verir:

Zəhra deyir ki, maksimum nəticə göstərəcəyinə inanırmış. O, 9-cu sinifdə buraxılış imtahanından 291 bal toplayıb.

“İndiyə qədər bir çox uğurlarım olub. Belə ki, “Sabahın alimləri” 14-cü layihə müsabiqəsində mühəndislik nominasiyası üzrə bürünc medal almışam, STEM olimpiadasında riyaziyyat üzrə gümüş medal sertifikatına layiq görülmüşəm”.

Zəhra 4-cü ixtisas qrupuna hazırlaşır. Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində tibb ixtisası) ali təhsil almaq istəyir. 

“Gələcəkdə ürək cərrahı olmaq istəyirəm”- deyir.

Zəhra sonda qeyd edir ki, məqsədinizə inanın və bu yolda əzmlə addımlayın. Zəhmətinizin bəhrəsini əvəzsiz görəcəksiniz.

mənbə - azərbaycan müəllimi