Şirvan Peşə Liseyinə yeni direktor təyin edilib

Şirvan Peşə Liseyinə yeni direktor təyin edilib
Bölmə adı Xəbərlər
Yayımlandı 29 Aprel 2026, 14:45

 

Vasif Eyvazov Şirvan Peşə Liseyinə direktor vəzifəsinə təyin edilib.

Bu barədə Aztəhsil.az Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Vasif Eyvazov 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “İdarəetmə mühəndisliyi” ixtisası üzrə bakalavriat təhsili alıb. Daha sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə zabit vəzifəsində qulluq edib.

2014-cü ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müxtəlif pedaqoji vəzifələrdə çalışıb.

2017–2024-cü illərdə Ağdam rayonu 71 nömrəli tam orta ümumtəhsil məktəbində hərbi hazırlıq rəhbəri, direktor müavini və direktor vəzifələrində işləyib.

2025-ci ildən Şirvan Peşə Liseyinə direktor təyinatınadək N.S. Teymurov adına 231 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərib.