Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu 

Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu 
Bölmə adı Xəbərlər
Yayımlandı 14 May 2026, 17:24

Cəbrayıl rayonu Əsgər Veysəlov adına Sirik kənd tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Rüstəmzadə Tunar Rüstəm oğlu Fransanın Lion şəhərində keçirilən uşu üzrə 20-ci Avropa çempionatında böyük uğura imza atıb.

Aztəhsil.az xəbər verir ki, 5–10 may 2026-cı il tarixlərində təşkil olunan çempionatda 48 kq çəki dərəcəsində mübarizə aparan Tunar Rüstəmzadə qızıl medala layiq görülüb. 

Qeyd edək ki, Tunar Rüstəmzadə 2025-ci ildə Yunanıstanın Heraklion şəhərində keçirilən Avropa çempionatında da 42 kq çəki dərəcəsində qızıl medal qazanaraq yüksək nailiyyət əldə edib.