DİM-də TOEFL iBT imtahanı keçirilib

DİM-də TOEFL iBT imtahanı keçirilib
Bölmə adı Xəbərlər
Yayımlandı 4 Mart 2026, 13:41

2026-cı il martın 4-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Aztəhsil.az xəbər verir ki, imtahanda 14 nəfər iştirak edib. Növbəti TOEFL iBT imtahanının 11 mart 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulur.

Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt