7 iyunda keçirilmiş qəbul imtahanlarının İZAHI və düzgün cavabları

7 iyunda keçirilmiş qəbul imtahanlarının İZAHI və düzgün cavabları
Bölmə adı Xəbərlər
Yayımlandı 8 İyun 2026, 09:36

 

7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb.

Aztəhsil.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (I ixtisas qrupu, IV ixtisas qrupu, III ixtisas qrupu - coğrafiya), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.