İyunun 3-dən 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə elektron sənəd qəbulu aparılıb.
Elektron sənəd qəbulu mərhələsi bu gün, iyunun 10-da saat 11:00-da yekunlaşıb.
Bu barədə Aztəhsil.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Xatırladaq ki, müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək elektron müraciətlərini təqdim ediblər.