Naxçıvan Dövlət Universitetində 2026–2027-ci tədris ilindən 11 yeni ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.
"Aztəhsil.az" xəbər verir ki, yeni açılan ixtisaslar sırasına “Kimya mühəndisliyi”, “Bitki mühafizəsi”, “Tərcümə (Çin–azərbaycan dilləri)”, “Hüquqşünaslıq” (ingilis dilində), “Riyaziyyat müəllimliyi” (ingilis dilində), “Turizm işinin təşkili” (ingilis dilində), “İnformasiya texnologiyaları” (türk dilində), “Xüsusi pedaqogika”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təhsil” və “Təhsildə sosial-psixoloji xidmət” daxildir.
Bildirilib ki, yeni ixtisasların açılmasında məqsəd əmək bazarının tələblərinə uyğun, müasir və rəqabətqabiliyyətli kadrların hazırlanmasına töhfə verməkdir.