Qazaxda çayda batan məktəbli sudan çıxarıldı

Qazaxda çayda batan məktəbli sudan çıxarıldı
Bölmə adı Xəbərlər
Yayımlandı 2 İyul 2026, 21:21

Qazaxda bir nəfər çayda batıb.

“Aztəhsil.az” Qafqaz.info- a istisnad edərək xəbər verir ki, hadisə Bala Çaylı kəndi ərazisində qeydə alınıb.

Belə ki, yeniyetmə olduğu ehtimal olunan şəxs Coğaz çayında batıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Hazırda axtarışlar davam etdirilir.

***

Qazax rayonunun Bala Çaylı kəndində çayda batan məktəbli sudan çıxarılıb və onun yaşadığı məlum olub.

Vəziyyəti ağır olan şəxs Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

***

Qazaxda çaydan sağ çıxarılan 14 yaşlı M.S (ad şərtidir) xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.