2027–2028-ci tədris ili üzrə Fulbright Müəllimlərin Peşəkar İnkişaf Proqramına müraciətlərin qəbuluna başlanılıb.
"Aztəhsil.az" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, namizədlər ABŞ universitetində 5 ay ərzində yeni bilik və təcrübə qazanmaq imkanı əldə edəcəklər.
Müraciət üçün son tarix: 26 avqust 2026-cı il.
Ətraflı məlumat: //az.usembassy.gov/fulbright-faculty-development.../